Azar Live Azar-ın yeni canlı yayım xidmətidir. Azar Live komandası Azar Live-ın əyləncəli və təhlükəsiz bir yer olduğuna əmin olmaq üçün yayımçılar, qonaqlar və izləyicilər arasındakı bütün qarşılıqlı əlaqələri izləyir. İstifadəçi Azar Live icma qaydalarına uyğun hərəkət etmədikdə, Azar Live komandası onun Live (Canlı Yayım) xidmətinə çıxış imkanına məhdudiyyətlər qoyacaq. Azar Live Komandası icma qaydalarında sadalananlardan başqa digər uyğun olmayan davranışlar aşkar etdiyi halda istifadəçinin xidmətdən istifadəsinə məhdudiyyət tətbiq edəcək.
** Bu versiya icma qaydalarının qısa xülasəsindən ibarətdir və əsas məqamları qısaca izah etmək məqsədi daşıyır. Xahiş olunur, bütün icma qaydaları ilə tanış olun. [Bütün icma qaydalarını oxuyun]
İcma qaydalarının pozulmasına görə xidmətə məhdudiyyətlərin qoyulması qaydaları
Bütün qeyri-izləmə funksiyalarına 1 saatlıq məhdudiyyət; və ya
Xidmətin minimum 3 gündən 9999 günə qədər müvəqqəti məhdudlaşdırılması; və ya
Xidmətin tam məhdudlaşdırılması.
1. Yetkinlik yaşına çatmayanların Azar Live-ı istifadə etməsinə icazə verilmir.
Azar Live-da yetkinlik yaşına çatmayanlara qarşı istər seksual, istərsə də başqa növ təsirə görə xidmət məhdudlaşdırmaları tətbiq oluna bilər.
Yetkinlik yaşına çatmayanların iştirakı ilə kiberbullinqə və ya təqiblərə həvəsləndirmə, təhrik etmə, cəlb etmə və təşviq etmə kimi hərəkətlər (həvəsləndirici hərəkətlər və cinsi təqib, ağır təhqir, insanların təhqirlərə və ya təhdidlərə məruz qoyulması, telefon nömrələri və ya bank hesab nömrələri kimi fərdi məlumatların açıqlanması və ya tələb edilməsi, razılıq almadan başqalarının lentə alınması/fotoşəklinin çəkilməsi, lentə alınmış məlumatlarının açıqlanması, ötürülməsi, birgə istifadəsi, ələsalma/sataşma (bullinq) və s. kimi zorakı hərəkətlər)
2. Cinsi təsir və təqib, eləcə də cinsi alçaltmaya səbəb olan hər hansı bir hərəkət Azar Live-da ciddi şəkildə qadağandır.
Azar Komandası yayım və ya söhbət zamanı edilən hər hansı hərəkət və ya şərhlər, o cümlədən intim zonaların göstərilməsinə və ya hər hansı digər seksual xarakterli kontentə görə Azar Live-ın istifadəsinə məhdudiyyətlər qoya bilər.
Cinsiyyət orqanları, anus dəliyi, yançaq, döş gilələri, qasıqdakı tüklər və s. daxil olmaqla bədənin həssas hissələrinin açıq şəkildə göstərilməsi, görünməsi və ya təsviri.
Masturbasiya, cinsiyyət orqanlarına toxunma, seksual xarakterli hərəkətlər və ya digər seksual xarakterli hərəkətlərin təsvirləri və ya göstərilməsi.
İstifadəçinin niyyətindən asılı olmayaraq, utandırıcı və ya alçaldıcı ola biləcək seksual xarakterli sözlər və ya jestlər.
3. Azar Live qeyri-qanuni yazıların və ədəbsiz kontentin yayılmasını və açıqlanmasını qadağan edir.
Yayımçılar və qonaqlar da daxil olmaqla bütün iştirakçıların, eləcə də Azar Live Komandasının razılığı olmadan Azar Live yayımlarını yazmaq və yaymaq da qəti qadağandır.
Yayımçılar və qonaqlar da daxil olmaqla bütün iştirakçıların razılığı olmadan Azar Live yayımlarını yazmaq, eləcə də onların razılığı olmadan fotoşəkilləri və ya videoları digər şəxslərlə paylaşmaq qəti qadağandır. Xidmətdən istifadə məhdudlaşdırıla və qaydaları pozanlara qarşı qanuni cəza tətbiq edilə bilər.
4. Ayrı-seçkilik, təhqir, böhtan, nifrət nitqi, təqib, təhdid və bunlarla bağlı davranışlar qadağandır.
İstifadəçilərə Azar Live kontentində və profil fotolarında, Azar Live söhbət otaqlarının başlıqlarında və ya örtük şəkillərində başqalarına qarşı təhqir, ələsalma, aşağılama və ya nifrət ehtiva edən uyğunsuz kontent yerləşdirmək və ya ötürmək qadağandır.
5. Nifrətli davranış, pis rəftar, zorakılığı təsvir edən kontent və başqalarını alçaldacaq və ya təhqir edə biləcək hər hansı digər kontent qadağandır.
Qəddarlığı, sui-istifadəni və zorakılığı göstərən və ya təşviq edən kontentin və fəaliyyətlərin, o cümlədən başqa şəxs üçün narahatlığa səbəb ola biləcək kontentin hazırlanması və yayılması qadağandır.
6. Şəxsi məxfiliyin qorunması naminə yayım və ya söhbət zamanı özünün və ya başqalarının şəxsi məlumatlarını paylaşmaq və açıqlamaq qadağandır.
Azar Live-da şəxsi məlumatların razılıq olmadan paylaşılması qadağandır. Kimdənsə şəxsi məlumatlarını paylaşmasını tələb etmək, kiminsə şəxsi məlumatlarını oğurlamaq və özünü başqa adam kimi qələmə vermək qadağandır. Şəxsi məlumatlara bank hesabı, şəxsi əlaqə məlumatları və s. haqqında məlumatlar daxildir, lakin bunlarla məhdudlaşmır.
7. Azar Live yayımına qəsdən müdaxilə etmək və ya icmanın keyfiyyətini aşağı salmaq qadağandır.
Azar Live söhbətini pozmaq üçün Canlı yayımın şərhlərlə spam edilməsi.
Əlaqəsiz mövzular barədə davamlı söhbət edərək Azar Live yayımına müdaxilə etmək.
8. Qanuna əsasən qeyri-qanuni hesab olunan bütün fəaliyyətlər və ümumi etikaya/əxlaqa zidd hərəkətlər Azar Live-da qadağandır.
İstifadəçinin hərəkətləri və ya davranışları mənfi olaraq qiymətləndirildikdə, müsbət Azar Live təcrübəsi yaratmaq məqsədilə xidmətlər məhdudlaşdırıla bilər.
Fahişəlik, spam, fırıldaqçılıq, narkotik vasitələr, qeyri-qanuni qumar, müəllif hüquqlarının pozulması və s.
9. Azar Live icmasını narahat edən və əməliyyatları pozan hərəkətlər qadağandır.
Yuxarıda göstərilənlərə əlavə olaraq, Azar Live icmasını, istifadəçi təhlükəsizliyini təhdid edən və ya Azar Live Komandasının normal xidmət göstərməsinə mane olan digər hərəkətlər. Bunlara həm Azar Live daxilində, həm də xaricində yol verilən hərəkətlər daxildir.
*Yuxarıda göstərilən bəndlərin hər hansı birinin pozulması ilə əlaqədar istifadəçilər arasında hüquqi mübahisə yaranarsa, Azar Live Komandası hüquqi mübahisəyə görə heç bir məsuliyyət daşımır. (Ətraflı məlumat üçün Şərtlər və Müddəalar bölməsindəki "Təzminat və Zəmanətin Məhdudlaşdırılması" bəndinə baxın.)